İkinci əl evlər qiymət olaraq daha münasib olsa da, investisiya məqsədi ilə deyil yaşayış məqsədli ev axtaranların seçimi adətən yeni binadan ev almaq olur. İpoteka kreditinin mümkünlüyü və sərfəli ödəniş şərtləri yeni mənzil layihələrinə olan tələbatı artırır.
İndi isə yeni binadan ev almaq və üstünlüklərinə nəzər salaq.
1. Zəlzələyə dayanıqlı evdə yaşamaq
Əmanətlərini qiymətləndirərək ilkin ödəniş, mənzil krediti və ya sənədlə layihədən ev sahibi olanlar üçün əsas səbəblərindən biri mənzilin yerləşdiyi binanın yeni və zəlzələ qaydalarına uyğun və möhkəm olmasıdır.
2. Daha əvvəl heç kimin yaşamadığı bir ev almaq
Bəziləri satın alacağı yeni evində ilk yaşayan özü olmaq istəyir. Yeni tikilmiş binaların bir digər üstünlüyü mənzillərin ilk dəfə yeni ev sahibi tərəfindən istifadə ediləcək olmasıdır.
3. Daşınmaz Əmlak dəyəri yüksəkdir
Əmlakın dəyərinə dəyər qatan bir çox xüsusiyyətlər var. Misal olaraq, əmlakın yerləşdiyi bölgə, nəqliyyat (metro, ana yol və s), məktəb və ya xəstəxananın yaxınlıqda olması kimi xüsusiyyətlər yer alır. Yeni bina layihələri həyata keçirilərkən bu kimi faktorlar ön planda tutulduğu üçün, əmlakın dəyəri yüksəlir.
4. Komfortlu həyat tərzi təklif edir
Mənzil layihələrinin sosial obyektlər olaraq müəyyənləşdirən idman, əyləncə, hovuz, park, avtopark, təhlükəsizlik kimi xidmətləri göstərməsi də ev almaq istəyən vətəndaşları yeni mənzil layihələrindəki evlərə daha çox yönəldir.
Əlbəttə yeni mənzillər markalı mənzil layihəsində yer almaya bilər. Bununla birlikdə liftdən xüsusi avtopark sahəsinə qədər bir çox meyara uyğun edildiyi üçün sahiblərinə komfortlu bir həyat təqdim edir.
Leave a Reply