Xaricde emlak və İtaliada 2 Avrodan Evlər satılır

Xaricde emlak və İtaliada 2 Avrodan Evlər satılır

Siciliyadakı, bir dilim pizzadan daha ucuz başa gələn yenilənmə layihəsinə nəzər salaq.

İki ilə yaxındır çəkən qapanma hamımıza öz ideal məkanımız haqqında düşünmək fürsəti verdi.  Əgər siz də göz oxşayan tətil evi və xaricde emlak arzulayır, amma büdcənizə nəzarət etməyə məcbursunuzsa, bu sizə maraqlı ola bilər: İtaliyanın bir qəsəbəsində evlər cəmi 2 avrodan (4.02 manat) başlayaraq auksiona qoyulur.

“Qur-İşlət” prinsipi İlə xaricde emlak

Bir neçə il əvvəl italiyanın az məskunlaşmış kənd və qəsəbə sakinləri həm yeni sakinlər, həm də yeni investisiyalar  təşviq etmək  üçün maraqlı bir üsul tapdılar. Boş qalmış evləri cəmi 1 avrodan başlayan qiymətlərlə auksiyona qoydular.

Hər şey 2019-ci ildə,Sicilyanın Sambukasında, Sicilya adasının xoşmənzərəli Belis düzənliyində başladı. 1 avroluq ev auksionları dünyanın hər tərəfindən böyük maraq və tələblə qarşılandı. Hətta belə mülklərdən biri məşhur ABŞ aktrisası , “Sopranolar və Qudfellos” filmindəki rolu ilə tanınan Lorain Brakko tərəfindən alındı. Daha sonra, o, bu mülkü yeniləmək cəhdlərini “Mənim böyük İtaliya macəram” adlı televiziya verilişinə çevirdi.

Nəzərə alsaq ki, qəsəbə ən yaxın çimərliyə 20 dəqiqə, Trapani və Palermo hava limanlarına isə cəmi bir saatlıq məsafədədir, bu qədər insanın fürsəti qaçırmamaq istəməyini başa düşmək olar. İndi isə qəsəbədə bu layihənin ikinci mərhələsinə başlanılıb. Başqa evlər  artıq auksiona qoyulur və bu dəfə bir qədər daha baha qiymətə – cəmi 2 avroya. Həmçinin evlər şəhərin tarixi mərkəzində, yəni turistlərin sevimli məkanları olan Laqo Aransio və Monte Cenuardo Milli parkına yaxın məsafədədir.

“Əmma”sı nədir bu xaricde emlak məsələsinin?

Deməsək də, anlamaq olar ki, təklif edilən 17 mülkün hər biri “qur-işlət” layihəsidir. Qəsəbənin saytındakı şəkillərdən də görmək olar ki,  bu evlərin çoxunda konstruktiv problemlər var və bir çoxu xaraba vəziyyətdədir. Hətta bir çoxu 1968-ci ildəki Sicilya zəlzələsindən bəri qəzalı haldadır. Lakin evlərin hər birinin ərazisi genişdir və bir çoxu digərlərindən daha yaxşı qalıb.

Həmçinin, evi almaq üçün böyük məbləğ tələb olunmasa da, auksiona qatılmaq üçün 5 min avro (10 min manat) civarında depozit ödəməlisiniz. Depozitiniz auksionda uduzsanız, qaytarılacaq.  Qalib gəldikdən sonra isə sahibi ən gec 3 il içində evi təmir etməlidir. Vaxtı keçsəniz, depozitinizi bir də görə bilməyəəcksiniz. Unutmaq da olmaz ki, Covid-19 pandemiyasına görə hazırda alıcıların Siviliyaya girməyi çətin məsələdir.

Bunu da qeyd edək ki, açıq auksion olduğuna görə, təklif edilən evlərin 2 avrodan daha baha satılacağını gözləmək lazımdır. Xaricde emlak və ətraflı məlumatı əldə etmək və auksiona qatılmaq üçün qəsəbənin vebsaytına keçə bilərsiniz. Qatılmaq üçün son gün 5 noyabr 2021-dir.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *