torpaq

Torpaq investisiyanın 5 üstünlüyü haqqında qısa bilgi

Vaxtı çatanda torpaq dəyərləndikdə , torpağı sataraq qazancı cibinə qoyur. Yetər ki doğru yerdə doğru zamanda alqı-satqı həyata keçirilsin.

Mənzilə investisiya edənlər son illərdə gözlədikləri qazancı ümumiyyətlə əldə edə bilmədilər. İnvestesiya məqsədi ilə mənzil və obyekt alıb gözlədikləri qiymət artımını görə bilməyən investorlar son illərdə bu vəziyyətə məyus oldular. Bu baxımdan uzunmüddətli qazandıran torpaq sərmayəsi kiçik investorların da gündəmində oldu. Real nəticələrə nəzər saldıqda, torpağa qoyulan investisiyanın nə dərəcədə qazanclı olduğunu görmək çox mümkündür.

Torpaq investisiyasının gəlir dərəcəsi çox yüksəkdir

Əgər uzun müddətli investisiya edirsinizsə, torpaq investisiyası qədər yüksək qazanc potensialı olan başqa bir investisiya yoxdur. Əlbəttə investisiyanı harada etdiyiniz çox vacibdir. Yenidənqurma potensialı yüksək olan bölgələrə investisiya qoyulduğunda bu qazanc potensialını başqa bir investisiyalarda görmək mümkün deyil.

Heç bir kommunal və təmir xərciniz yoxdur

İnvestisiya məqsədi ilə mənzil ya da ofis alanlar kirayəçi tapa bilmədikləri zaman rüsumları öz ciblərindən ödüyürlər. Binanın ümumi ərazilərindəki təmir və dəyişdirmə xərcləri, kommunal ödənişlər də mülk sahibi tərəfindən ödənilir. Torpağa sərmayə qoyanlar bu cür xərclərlə qarşılaşmırlar.

Yeniləməyə ehtiyac yoxdur

Mənzillər və ofislər bir vaxt keçdikdən sonra köhnəlir. Kirayəçidən əvvəlcədən alınan depozit boya xərcini qarşılasa da bir neçə kirayəçi dəyişdikdən sonra mətbəx, vanna otağı və parketlər köhnələ bilir. Köhnələn bu yerlər kirayəçilərdə əks olunmur. Yeni gələn kirayəçilər mənzilin ümumi vəziyyətini bəyənməyə bilələr. Bu halda mətbəxi tamamilə yeniləyib, parketləri dəyişdirməklə yeni xərclər yarada bilərlər.

Torpaq investisiyasında kirayəçi ilə məşğul olmursunuz

İnvestisiya məqsədi ilə mənzil ya da ofis alanlar kirayəçilərini seçərkən diqqətli olmasalar çətinlik çəkərlər. Kirayələrini vaxtında ala bilməyənlər həm əsəb yaşayır, həm də vəkil xərcləri ilə qarşılaşırlar. Torpağı müxtəlif məqsədlər üçün kirayə verib verməmək mülk sahibinin seçimidir. Ancaq kirayə verilməsə belə düzgün yerdə alınmış torpaq vaxtı gələndə yüksək gəlir gətirəcəkdir.

Daşınmaz əmlak vergisini ödəmirsiniz

Satın aldığı yerdən gəlir əldə etməyən investor daşınmaz əmlak vergisi ödəmir. Nəticə olaraq doğru bir yerdə torpağa investisiya edənlərin başı rahat olur, xərcləri və dərdləri olmur. Vaxtı çatanda torpaq dəyərləndikdə , torpağı sataraq qazancı cibinə qoyur. Yetər ki doğru yerdə doğru zamanda alqı-satqı həyata keçirilsin.

Share

Leave a Reply

Your email address will not be published.