ipoteka

ipoteka ilə alınmış əmlakın İnvestisiya gəlirinin hesablanması

İnvestisiya Glirinin (ROİ) bu metod (Cash on Cash Return) ilə hesablanma qaydası bir az daha qəlizdir.

Daşınmaz Əmlak investorları bu metodu (qısaca: CoC) əsasən ipoteka və ya Daxili Kredit ilə alınmış əmlakın Kirayə Gəliri və İnvestisiya Gəlirini hesablayarkən istifadə edirlər.

Kirayədə olan ipotekalı Daşınmaz Əmlakın İnvestisiya Gəlirinin hesabanma qaydası, əmlakın Xalis Kirayə Gəlirinin (NOI) ümumi investisiya məbləğinə nisbəti ilə əldə edilir.

Beləliklə Cash on Cash Return metodunun düsturu belədir:

Cash on Cash Return = (Xalis Kirayə Gəliri/Ümumi İnvestisiya Məbləği) × 100%

Tutalım ki, əvvəlki mövzumuza istinadən 150,000 AZN dəyərində kirayəşinli əmlak aldınız. Ancaq nağd ödəmək yerinə, İpoteka ilə 20% ilkin ödəniş edərək sözü gedən əmlakı əldə etdiniz.

Xərcləriniz:

  •  30,000 AZN ilkin ödəniş (150,000 AZN-lik əsas məbləğin 20%-i)
  •  2,500 AZN Ofis haqqı (rialtor üçün)
  •  Eyni ilə 9,500 AZN kiçik təmir işləri

Nəticədə, sizin nağd olaraq investisiyanız 42,000 AZN olacaqdır.
30,000 AZN + 2,500 AZN + 9,500 AZN = 42,000 AZN

Nəzərə alın ki, sizin aylıq ipoteka ödənişiniz də var. Tutaq ki, bu ödəniş 500 AZN-dir. Həmçinin, kirakeşiniz də sizə aylıq 800 AZN ödəniş edir. Beləliklə, sizin aylıq nağd pul gəliriniz 300 AZN (800 AZN kirayə haqqı – 500 AZN İpoteka ödənişi) olacaqdır. Nəticə olaraq sizin bu əməliyyat üzrə illik gəliriniz 3,600 AZN təşkil edəcəkdir.

Sonra isə, CoC düsturundan istifadə edərək, illik gəlirinizi ümumi investisiya xərcinizə bölərək İnvestisiya Gəlirinizi (ROİ) hesablaya bilərsiniz.

Cash on Cash Return = (3,600/42,000) x 100% = 8.5%

Bu sizin Kirayədə olan ipoteka ilə alınmış Daşınmaz Əmlakınızın, İnvestisiya Gəlirinin (ROİ) faiz ilə göstəricisidir. Başqa sözlə Rentabellik Əmsalıdır.

İdeal göstərici nə qədər olmalıdır?

Bəs ideal göstərici nə qədər olmalıdır deyə düşünürsünüzsə, təcrübəli Daşınmaz Əmlak İnvestorları bunun 10%-dən yuxarı olması gərəkdiyini düşünürlər.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *