Evinizi daha işıqlı göstərmənin yolları

Evinizi daha işıqlı və geniş göstərmənin yolları bu yazıda

Bəzi evlər digərləri kimi işıqlı deyil. Xüsusilə də istiqaməti  şimala baxanlar, pəncərələri az olanlar, binaların bir-birinə yaxın düzüldüyü küçələrdəki evlər, giriş və ya yüksək mərtəbəli mənzillər.

Yenə də bu xüsusiyyətlər evinizi daha da işıqlı etməyinizə mane olmur. Daha çox günəş işığı almaq,  olduğundan da daha işıqlı və geniş bir evə sahib olmaq üçün ipuçlarını izləyin və ya heç olmasa evinizi işıqlı  görünməsini  təmin edin.

Açıq və şəffaf boya edin

Divarınızda ağ və bej kimi rənglərdən istifadə etmək ən geniş yayılmış üsuldur. Siz yenə də  fərqli rəngli divarları  seçim etsəniz belə , seçdiyiniz rəngin açıq tonlarını sınamağınız evinizi daha işıqlı edəcəkdir.

Strateji olaraq yerləşdirilən güzgülər

Güzgülər otağı öz-özünə daha işıqlı göstərməz lakin güzgülər haqqında bu mifin bir həqiqət payı var. Güzgülər otaqdakı təbii işığı əks etdirmək üçün yaxşı köməkçilərdir.

Zəif görünüşlü koridorlarda və hamam otaqlarında eyni təsiri gözləməyin, çünki zəif bir görünüşü təkrarlamaq gözlədiyiniz nəticəni verməyə bilər.

Pərdələrinizi nəzərdən keçirin

Pərdələriniz pəncərələrinizi çox örtürsə, onları daha şəffaf və yüngül naxışlı pərdələrlə əvəz etməyi düşünmək necə olar? Ya da tünd tonlardakı qalın pərdələrlə vidalaşmaq? Beləliklə, otağınıza daha çox işıq girməsinə icazə verə bilərsiniz.

Qapıları dəyişdirmə vaxtıdır

Dəyişikliyə giriş qapınızla başlayın və mümkünsə otaqlarda ağ qapılardan istifadə edin. Eviniz həm daha geniş bir görkəmə sahib olacaq, həm də aydınlıq bir hiss verəcəkdir.

Share

Leave a Reply

Your email address will not be published.