rütubət və nəmişlik

Rütubət və nəmişlik ilə evlərdə mübarizə

Evdəki nəm olaraq təyin edə biləcəyimiz rütubət, yalnız əşyalarımıza deyil, sağlamlığımıza da zərərlidir. Rütubət və nəmişlik ilə necə mübarizə aparmaq olar? Təəssüf ki, rütubətin qarşısını almaq və tamamilə qurtulmaq o qədər də asan deyil. Əvvəlcə nəm divarları təmizləməyə başlaya bilərsiniz. Rütubətin qarşısını almaq üçün yaxşı bir izolyasiya etməli və rütubətə qarşı boyalardan istifadə etməlisiniz. Kirayə mənzil axtararkən rütubət probleminin olub-olmamasına da diqqət yetirməlisiniz.

Rütubət və nəmişlik nədən yaranır?

Rütubət düzgün izolyasiya edilməyən evlərdə ən çox yaranır. Evin içərisindəki otaqların eyni şəkildə  istiləşməməsi də rütubətə səbəb olur. Kombi olan bir evdə yalnız qonaq otağı və yataq otağının qızdırıcılarını işlətsəniz, evin qalan hissəsində rütubətlə qarşılaşa bilərsiniz. Otaqlarda qızdırıcıları bərabər şəkildə işlədirsinizsə, amma hələ də rütubət problemi ilə qarşılaşırsınızsa, qızdırıcılarınızı yoxlamalısınız. Bu vəziyyətdə ya qızdırıcı düzgün işləmir, ya da otaq üçün kifayət deyil. Qızdırıcını böyüdə bilərsiniz və ya otağın istiləşməsi üçün müxtəlif üsullardan istifadə edə bilərsiniz. Bağlı balkonlar da rütubətə səbəb ola bilər. Aşağı və yuxarı mərtəbələrdəki mənzillərin balkonları qapalı deyilsə içəri daxil etdiyiniz balkonun tavan hissəsində  rütubət yaranar. Üstəlik, alt və yuxarı mərtəbələrdəki mənzillər boşdursa və ya evlərini kifayət qədər qızdırmırlarsa evinizdə rütubətlə qarşılaşa bilərsiniz. Yeni bir mənzil alarkən də evin rütubət olub olmadığını yoxlamalısınız.

Rütubətin zərərləri

Zamanla rütubət divarlarınıza və ətrafdakı əşyalara zərər verməyə başlayır. Rütubət olan bir divarın qarşısında kitab rəfi  varsa, rəflər çürüməyə başlayar. Əşyalarla yanaşı rütubət insan sağlamlığına da zərərlidir. Küf allergiyası rütubətin zərərli təsirlərindən biridir. Küf allergiyası nəm divarlar küflənməyə başlayanda baş verir. Küf allergiyası ilə burun axması, gözyaşardıcı və asqırma kimi simptomlarla qarşılaşa bilərsiniz. Bu allergiya daha sonra öskürək, nəfəs darlığı və hətta astmaya keçə bilər.

Rütubət və nəmişlik nəticəsində otaqlarda mikroblar və zərərli bakteriyalar əmələ gələ bilər. Nəmlik də revmatizma xəstəliyinə səbəb ola bilər. Nəmli bir otaq oynaq ağrılarına halsızlığa və yorğunluğa səbəb ola bilər. Rütubət əksər insanlarda yuxu problemlərinə səbəb olur. Bəzən yuxuya getmək çətin ola bilər və ya yuxu almamağınıza səbəb olar.

Rütubət boyası nədir?

Rütubət boyası və ya rütubət əleyhinə boyalar divarlardakı nəmi yox etmək üçün nəzərdə tutulmuşdur.  Rütubətə qarşı olan boyalar ilə divarlardakı nəm azalır küf və bakteriyaların çoxalmasının qarşısı alınır. Demək olar ki, hər bir boya markasında rütubətə qarşı boyaları var. Bu boyaları istifadə etməzdən əvvəl, mümkünsə, divarlarınıza möhkəm bir istilik izolyasiyası edin. İzolyasiyaya tətbiq edəcəyiniz rütubət boyası sizin işinizi asanlaşdıracaqdır.

Rütubət və nəmişlik qoxusunu nə aradan qaldırır?

Rutubətin qarsisini necə almaq olar və rutubət  qoxusunu necə aradan qaldırmaq lazımdır. Bunun üçün istilik izolyasiyası və rütubətə qarşı boyalar tətbiq etməlisiniz. Ancaq qısa müddətdə istilik izolyasiya və rəngləmə prosesini həyata keçirə bilmirsinizsə keçici bir zamana ehtiyacınız varsa evi davamlı olaraq havalandırmağa cəhd edə bilərsiniz. Marketlərdə satılan nəm təmizləyici cihazlardan istifadə edə bilərsiniz. Bu cihazlar otağın içərisindəki nəmi udur və nəmin qarşısını alır. Beləcə qısa müddətdə rütubət qoxusunun qarşısını ala bilərsiniz.

Rütubətin qarşısını necə almaq olar?

Rütubət və nəmişlik olan evin içində paltarları qurutmayın. Xüsusilə qış aylarında  evin içərisində paltar qurutmaq otaqda rütubətin artmasına səbəb olur.

Evi davamlı olaraq havalandırın.

Evin santexnika sistemini yoxlayın. Sızan borular evin su xərclərinin artmasına və rütubətə səbəb olur.

Yaşadığınız mənzilin istilik izolyasiyası ilə bağlı fikirlər alın.

Bütün binaya tətbiq olunacaq izolyasiya rütubət problemini böyük ölçüdə qarşısını alır.

Rütubətin qarşısını almaq üçün əlbəttə ki rütubətə davamlı boyalar üstünlük təşkil edir.

Evdə çoxlu çiçəklərin olması da rütubətə səbəb olur.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *