ev satiram

Ev satiram deyənlərin yol verdiyi yanlışlar

Daşınmaz  Əmlakınızın satışı zamanı yol verilən səhvlər barədə aşağıdakı məlumatlar sizin üçün faydalı olacaqdır.

Daşınmaz  Əmlakınızın satışı zamanı yol verilən səhvlər barədə aşağıdakı məlumatlar sizin üçün faydalı olacaqdır. Ev satiram demək və evini satışa çıxarmaq çox da bəsid deyil. Budur!  Doğru bilinən yanlışları sizinlə bölüşürük.

1. YÜKSƏK QİYMƏT istənilməsi: Ev satiram, istədiyim qiymədi yazacam.

Daşınmaz əmlakını satmaq istəyən şəxsin etdiyi ən böyük səhv, yüksək qiymət tələb etməkdir. 10%  olsa belə yüksək qiymət tələb olunarsa, əmlakın satışı 99% mümkün olmayacaqdır. Bundan əlavə,  yüksək qiymət istənən əmlakları real müştərilər araşdırmırlar və maraqlanmırlar.  Bu əmlaklar heç də yaxşı şəkildə xatırlanmır və qiymət daha sonra aşağı düşsə belə, əvvəlki alıcıların bu barədə xəbərləri olmur. Buna görə əmlakınızı satmaq istəyirsinizsə, ilk növbədə düzgün qiyməti təyin etmək lazımdır. Ev satıram demək, bazar qiymətlərini araşdıramaq deməkdir.

2. Ev satıram deyib, evin üstünə sadəcə “SATILIR” yazmaq:

Əmlak məsləhətçiləri və evlərini satmaq istəyən bir çox ev sahibi bu gün evlərini yalnız əmlakın üzərinə “SATILIR” yazmaqla və elan saytlarında  reklam yerləşdirməklə evini sata biləcəklərini düşünürlər. Əmlak elan saytlarında on minlərlə satılıq və kirayə  daşınmaz əmlak elanları var və siz onların arasında öz mənzilinizi ön plana çıxartmaq ,müştərilərinizə göstərmək və bəyəndirmək məcburiyyətindəsiniz. İndiki vaxtda sadə üsullarla ev satmaq artıq çox çətindir.

3 . Ev satiram amma vasitəçilər məni aldadar:

Vasitəçilər heç kəsi aldada bilməz. Əmlakçının yeri yurdu bəllidir. Ağıllı insan etibarına ləkə gətirməmək üçün doğru davranar. Sizə qalır doğru rieltoru seçmək.  Ancaq mülk sahiblərinin və ya satın almaq, kirayəyə götürmək istəyən şəxslərin rieltoru (vasitəçini)  aldatdıqları nümunələri də sayıla bilməyəcək qədər çoxdur.

4. Vasitəçi yüksək qiymət istədi və bu səbəblə evim aylarla satıla bilmədi:

Əmlakçı sizi aldada bilməz ancaq siz vasitəçini səhv yönləndirə bilərsiniz. Daşınmaz əmlak məsləhətçisinin sizə təklif etdiyi qiyməti qəbul edib o qiymətdən satılmasına razı olmalısınız. Vasitəçiyə “mənə 120.000 AZN gətir, sən neçəyə satarsan sat” deyərək vasitəçini  səhv bir işə sövq etsəniz, vasitəçi də 130.000 AZN  qiymət istəyib və 6 ay ərzində sata bilmədikdə, əlavə olaraq sizə başqa bir kanaldan gələn 100.000 AZN-lik təklifi qəbul etdikdə,  burada aldanan vasitəçi olacaqdır. Daşınmaz Əmlak bazarında   buna bənzər nümunələr çoxdur.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *