Gün gəlib çatdığında və evinizi satmaq istədiyinizdə dəyərindən aşağı qiymətə satmaq və vacib anlarda uzun müddətli bir satış prosesi istəmirsinizsə, ev alqı satqısı zamanı evini satmaq istəyənlərin etdiyi aşağıdakı 6 səhvi əsla təkrarlamayın.
-
Ev alqı satqısı zamanı dəyərindən çox pul istəmək
Min bir zəhmətlə, ehtiyaclarınızdan kəsərək satın aldığınız, tikdiyiniz bu ev Sizin üçün şüphəsiz ki, çox dəyərlidir. Evini satmaq istəyən bir çoxlarının düşdüyü bu xətaya siz də düşməyin, evinizə dəyərindən çox pul tələb edərək potensial alıcılarınızı qaçırmayın.
-
Tanıtıma Gərək Duymamaq
Ev alqı satqısı zamanı “Müştəri gəlib gördü, mənim nəsə deməyim boşdur” deyə düşünməyin, evinizi potensial alıcıya müsbət yönləri ilə tərifləyin. Unutmayın, təcrübə paylaşımının satınalma qərarı üzərində təsiri çox böyükdür, alıcıya necə bir evdə yaçayacağına xəyal etdirin. Evin yaxşı və güclü tərəflərini potensial müştərinizə çox da böyütmədən söyləyin ki, alıcınız verdiyi pul qarşılığında nəyə sahib ola biləcəyini beynində daha dəqiq canlandırsın.
-
Evi Tək Başına Satmağa Çalışmaq
Ev satmaq istəyən bir çox kəs əlavə ödənişlərdən qaçmaq adına evini özü tək başına satmaq istəyir. Bundan sonra satış müddətinin uzandıqca və tələb azaldıqca, artıq professional bir dəstək almağa üz tutur. Bu səhvi Siz də etməyin. Sizi potensial müştərilərə qovuşduracaq bir şirkətə elə ilk gündən üz tutun, az xərc qarşılığında vaxt itirmədən əmlakınızı satın.
-
Satılacaq Evi Təmir Etməmək
“Necə olsa satılacaq, təmir etməyə gərək yoxdu” düşüncəsi ilə evinizi təmir etməyi ehmal etməyin. Bu həm potensial alıcınızın evinizi bəyənməməsinə, həm də ehtiyac duyulan təmir səbəbi ilə evinizin dəyərindən aşağı bir qiymətə satılmasına səbəb ola bilər.
-
Evinizə Duyğusal Bağlanmayın
Ev sahiblərinin ən çox etdikləri səhvlərdən biri də evə həddən artıq duyğusal olaraq bağlanmaq, xatirələr ilə yaşamaqdır. Bu hisslərdən qurtulun, yeni evinizdə yaşayacağınız gözəl günləri xəyal edin və vəziyyətə alış-veriş kimi baxın. Əks təqdirdə qiyməti yüksək tutub, satışı uğursuzlaşdıra bilərsiniz.
-
Ev alqı satqısı ərəfəsində aşağı qiymət təkliflərinə əsəbləşməyin
Evinizi almağa niyyətlənən hər kəs bazarlıq etmək istəyəcək və hətta Sizin istədiyiniz qiymətdən çox daha aşağı təkliflərlə gələcəkdir. Ev alqı satqısı ərəfəsində əsla əsəbləşməyin, evinizin istədiyiniz qiymətdə olmasının səbəblərini izah edin və təklif edilən qiymətə sata bilməyəcəyinizi sakincə bildirin.
Leave a Reply