Daşınmaz əmlak sektorunu illər sonra xəyal edə bilərsinizmi?

Daşınmaz əmlak sektorunu illər sonra xəyal edə bilərsinizmi?

İnkişaf edən texnologiyalar və dəyişən bazar şərtləri ilə birlikdə, daşınmaz əmlak sektorunu da müəyyən dəyişikliklərlə məruz qoyduğunu görürük. Son zamanlarda texnologiyaya yönələn sektor daha da rəqəmsal olmağa başladı. Əslində rəqəmsallaşmanın sürəti daha da artacaqdır. Əlavə olaraq satış əməliyyatlarında fiziki güc azaldıqca insanlar onlayn bölmələrdən daha çox məlumat əldə etmək istəyəcəklər.

Bəs qarşıdakı 20 ildə daşınmaz əmlak sektorundakı əməliyyatlar tam olaraq necə olacaq?

Daşınmaz Əmlak Məsləhətçilərinə etibar arta bilər.

Rəqəmsal inkişaf sürətləndikcə süni zəka da inkişaf edir. İnsanlar artıq hər hansı bir ev və ya bənzəri bir mülk haqqında bütün məlumatları internetdən əldə edə bilərlər. Bu səbəbdən satıcıların dəyəri də azalmış kimi görünür. Ancaq burada dəyişkənlik də ola bilər. Qloballaşma ilə artan onlayn məlumat paylaşımı zamanla daşınmaz əmlak məsləhətçilərinə olan xüsusi tələbə də səbəb ola bilər. Bir-bir sual verməkdənsə yazılı mətndən məlumat almaq bəzi alıcıların o qədər də xoşuna gəlməyəcəkdir.

Bütün bunlara görə, müəyyən daşınmaz əmlak məsləhətçilərinə olan güvən və istək arta bilər. Bu səbəblə işinizi rəqəmsal dünyaya köçürərkən müştəri güvənini və ehtiyaclarının ödənilməsi faktlarını da nəzərə almağı unutmayın. Bəzi müştərilər əvvəlcə internetdən məlumat almağı üstün tuta bilər, ancaq satış yerində etibarlı bir adam görmək istəyəcəklər. Bu səbəblə onlayn xidmətlərə üstünlük verərkən insan münasibətlərini gücləndirməyi də unutmayın.

Rəqəmsal dünyaya maraq sürətlə artsa da, etibarlı daşınmaz əmlak agentlərinə hər zaman üstünlük veriləcək. Hətta  tədqiqatçılara görə inkişaf edən texnologiyalar, bölgəni yaxşı tanıyan professional əmlak məsləhətçilərinə və  sektorun fərqli bölmələri (kommersiya, yaşayış evləri və s) üzrə professionallaşmış əmlak məsləhətçilərinə olan ehtiyacı azaltmayacağı kimi məsləhətçinin işdəki rolunu ortadan qaldırmayacaq.

Əgər daimi dəyişikliyə davam edə biləcək müvəffəqiyyətli bir daşınmaz əmlak məsləhətçisinizsə, rəqəmsallaşmaya üstünlük verməklə yanaşı, həmişə müştəri əlaqələrinə üstünlük verməlisiniz. Çünki məsləhətçilərə olan ehtiyacın qarşıdakı 20 ildə azalmayacağı düşünülür.

Bütün bunlara əlavə olaraq, ən son texnologiyaları və tendləri izləyən daşınmaz əmlak məsləhətçilərinin müştərilərinə ‘ən yaxşı xidmət’ göstərəcəyi düşünülür. Əslində rəqəmsal dünya ilə real dünya eyni vaxtda inkişaf etməyə davam edəcək. Bu səbəbdən internet üzərindəki fəaliyyətinizi  artırarkən, birə-bir əlaqələrinizi arxa planda saxlamamağa diqqət edin.

 

Share

Leave a Reply

Your email address will not be published.