dasinmaz emlak

Satışa çıxarılan Dasinmaz emlak və qiymətləndirilməsi

Dasinmaz emlak alqı-satqısı zamanı məsləhət görülür ki, bu işin mütəxəssisləri (rieltorlar) ilə məsləhətləşəsiniz.

Başqa sözlə onların xidmətindən faydalanasınız. Bu sizə xərc kimi görünə bilər amma həm sizin vaxt itkinizi azaldar, həm aldadılma riqsindən uzaqlaşdırar. Ümumən sadalasaq dasinmaz emlak mütəxəssisi ilə çalışmağın sizə çox xeyri olacaqdır.

Amma bu günkü yazımız, tək başına əmlakını satanlara yönəlmiş bir yazıdır. Əsasən qiymətləndirmə üzərində fokuslandıq. Əmlakın qiymətini düzgün təyin etmək çox önəmlidir.Ən mühüm səbəb isə, yanlış qiymətləndirilmiş əmlakın potensial alıcılarını itirməsi ilə nəticələnməsidir.

Belə deyək, siz eviniz üçün həddindən artıq qiymət qoysanız, evinizi bəyənən potensial alıcı, qiyməti gördükdən sonra əmin olun ki, bir daha sizdən (qiyməti endirsəniz belə) sizdən qiymət soruşmayacaq.

Odur ki, dasinmaz emlak satışa çıxarılarkən, aşağıdakı maddələri nəzərə alın.

1. Bölgə: Ən vacib meyardır. Dasinmaz emlak alqı -satqısında yaxşı-pis deyil də, bahalı və ucuz bölgələr var.
2. Kvadrat metr: Eyni məhəllədəki iki evi müqayisə edərkən ən vacib faktor evlərin kvadrat metr qiymətidir.
3. Evin mənzərəsi: Bu, üçüncü ən vacib meyardır. Ancaq çox az ev bu meyar üzrə əlavə bal alır.
4. Evin yaşı: Əgər eviniz köhnədirsə, onu yeni evlərlə müqayisə etməyin.
5. Evin mərtəbəsi: Orta mərtəbələr digər mərtəbələrdən daha qiymətlidir.
6. Günəş görməsi və rütubət nisbəti: Evin içərisində kiçik bir rütubət belə evin qiymətini aşağı salır. Günəşi görüb görməməsi də vacibdir. Cənub bölgəsinə baxan evlər daha üstündür.
7. Satışda olan oxşar ev: Bu sizin qonşuluğunuzda və ya ətrafınızda satışda olan və ya yenicə satılmış mülklər ola bilər. Bunlar Sizin evinizin qiymətini təyin edən əsas meyarlardan biridir.
8. Evdə istifadə olunan materiallar: Zənn edildiyi kimi əlavələr edildikdə evin qiyməti mütənasib olaraq artmaz. Və birdə işin içinə “zövq” meyarı daxil oldusa mənfi təsir göstərə bilər.
9. Təhlükəsizlik: Şəxsi mühafizəçi varsa və ya bir təhlükəsizlik sistemi ilə qorunarsa bunlar evə dəyər qatar.
10. Dayanacaq: Binanın girişində və ya həyətində bir dayanacaq varsa, hətta qapalı bir dayanacaqdırsa bu seçim üçün bir səbəb ola bilər. Xüsusilə park problemi olan böyük şəhərlərdə.
11. Yerləşdiyi yer: İctimai nəqliyyat, Əsas yollar, Ticarət Mərkəzləri, məktəblər, özəl təhsil müəssisələri və kurslar, parklar, bağlar və uşaq meydançaları, restoran və kafelər və s. digər bu kimi meyarlar əmlakın qiymətinə mühüm təsir edir.

Share

Leave a Reply

Your email address will not be published.