Daşınmaz Əmlakın Satışı

Daşınmaz Əmlakın Satışı zamanı 6 maddəyə diqqət edin

1. Daşınmaz Əmlakın Satışı zamanı Son iki ildə evinizin yaxınında oxşar evlərin neçəyə satıldığını öyrənin.

Ev, villa, obyekt bunlar  daşınmaz bir əmlakdır. Bu səbəbdən də Daşınmaz Əmlakın Satışı zamanı, əmlakın mövqeyi qiymət üzərində çox vacib bir təsirə malikdir. Belə ki, Xəzər dənizinə baxan evlərin qiymətinin iki qat artmış ola bilər. Bu zaman  sizin evinizin də (əgər eviniz Xəzər dənizinə baxmırsa) qiymətinin 2 qat artacağı demək deyildir.

Sizin evinizin dəyərini, ətrafdakı oxşar evlərin satış qiymətləri müəyyənləşdirir.  Alıcılar, sizin ev üçün eyni ərazidə, oxşar evlərin yaxın keçmişdəki satış  qiymətinə yaxın məbləğı  ödəmək istəyəcəklər. Bu səbəblə də, son iki ildə evinizin yaxınlığında satılmış olan bənzər evlərin  qiymətləri, sizə doğru  yolu göstərəcəkdir.

Niyə son 6 ay deyil də, son 2 ilin statistikası? Çünki, iki illik müddətdə qiymətlərə baxdığınızda qiymətlərin hansı istiqamətə getdiyinə dair sizdə bir fikir formalaşacaqdır.  Qiymətlər artırmı, düşürmü, yoxsa  eyni səviyyədə qalıbdır, deyə?! Bunları bilməniz sizə faydalı olacaqdır!

2.  Evinizin yaxınlığında hələ də satışda olan oxşar evlərin qiymətlərini, özəlliklərini  və  satışa çıxarıldıqları müddəti öyrənin.

Keçmişdə satılan evlərin qiymətlərini öyrəndik.  Bəs hal-hazırda satışda olan evlər  necə olacaq? Əlbətdə ki, onların qiymətlərini və özəlliklərini də bilməliyik.

Hazırda satışda olan daşınmaz əmlaklar sizin daşınmaz əmlakın rəqibləridirlər. Bu halda, rəqabətdə üstün olmaq üçün, evinizin daha üstün cəhətləri olmalıdır.

Ancaq bir şeyi unutmamaq lazımdır ki, Əgər daşınmaz əmlakınızın bir oxşarı 3 aydan artıqdır ki satılmırsa, onu rəqib kimi yox satılmayan bir əmlak kimi görün.

Davamında isə, son iki ildə evinizin yaxınında satışa çıxarılan amma satılmayan oxşar evlərin özəlliklərini və satış qiymətlərini  öyrənin.

3.  Doğru hədəf kütləsinə istiqamətlənmiş  reklam və tanıtım kampanyaları təşkil edin. Bu Daşınmaz Əmlakın Satışı üçün faydalıdır

Daşınmaz Əmlakın Satışı zamanı mülkünüzü satmaq üçün görülməsi gərəkən vacib işlərdən biri də hədəf kütlənin müəyyənləşdirilməsidir. Hədəf kütlənizi, yəni evinizi kimlərin ala biləcəyini nəzərə alaraq onlara necə səsinizin yetişəcəyini və necə tanıtım edəcəyinizi  planlayın. Dövrümüz artıq  internet dövrüdür, rəqəmsal satış dövrüdür.  Bunu nəzərə alaraq evinizin profesional şəkillərini çəkdirin. Və  əmlak portallarında elanlarınızı digər elanlardan fərqləndirəcək, daim görünəcək şəkildə yerləşdirin.

Həmçinin:

  • Evin üzərində “Satılır” banneri
  • Facebook reklamları
  • Google Reklamları
  • Youtube reklamları
  • Sosyal medyada paylaşımlar
  • Dost-tanışınıza bildirmə və s. kimi imkanlardan istifadə edin.

4.  Əgər 3 ay ərzində daşınmaz əmlakınız  satılmazsa,  gələn rəyləri nəzərdən keçirin, qiymətləndirmə  və reklam – tanıtım  fəaliyyətlərinizə  düzəlişlər edin.

Bir daşınmaz əmlak, ən çox marağı satışa çıxdığı ilk 3 ayda çəkər. Sonra həm maraq azalar, həm də alıcılar  uzunmüdət satılmayan bir əmlakda bir problemin olduğunu düşünərək şüphə içində olarlar. Beləliklə, kifayət qədər alıcı namizədlərin diqqətini çəkə bilmirsinizsə əgər, demək ki, satış fəaliyyətinizə bir göz atmalısınız. Tanıtım və reklam fəaliyyətlərinizi təkmilləşdirin. Əmlakın qiymətləndirməsini  yenidən ələ alın.

Satış qiymətiniz duyqusalmı yoxsa realdır? Bunu dəqiqləşdirin! Satmaq istədiyiniz evin sizin üçün  xüsusi mənəvi bağları vardır. Ancaq bunlar evi alacaq insan üçün heç bir əhəmiyyət daşımır. Alıcı, evin tikilişinə, mənzərəsinə, mövqeyinə və s. baxar. Odur ki, qiymətləndirmədə bu nüansı mütləq nəzərə alın.

5. Evinizə bir alıcı gözü ilə baxın.

Evinizi ideal bir qiymətə satmaq üçün evinizə alıcı gözü ilə baxmağa çalışın. Evinizdə təmirlik işlər varsa bunları dərhal həll edərək, daha yuxarı qiymətə satlmasını təmin edə bilərsiniz.

6. Sənədləşdirmə xərcləri ilə bağlı, alıcı ilə razılaşma əldə edin.

Sənədləşdirmə xərcləri ev satışında çox vacib bir məsələdir. Belə ki, evinizi satarkən alıcı ilə  sənədləşdirmə xərcləri barəsində bir razılaşma əldə edin. Ən optimal variant isə, bu xərclərin yarı-yarıya bölüşdürülməsidir.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *