Emlak aldınız kiraye vermək, qazanclımıdır bəs?

Emlak aldınız, kiraye vermək qazanclımıdır bəs?

Hər şeydən əvvəl yaşayış üçün yoxsa investisiya üçün bir emlak qərar vermək lazımdır. Belə ki, evin maliyyələşdirilməsi, necə alınacağı və alış qiyməti çox vacibdir.

İnvestisiya məqsədi ilə satın alınırsa, tamamlanmış ev almaqdansa, təməldən (tikilməkdə olan binadan) ev almaq daha sərfəli olacaqdır.

Hazır və yaşayışlı olan mənzilin kirayə qiyməti ilə mənzilin qiymət nisbəti çox vacib bir meyardır. Belə ki, bu mənzil maksimum 160-180 ayda özünü amortizasiya etməlidir.

Bunu hesablamaq üçün, alış qiymətini kirayə qiymətinə bölsəniz, nəticəni əldə edəcəksiniz. Məsələn: investisiya məqsədli aldığınız evin qiyməti 45000 azn-dir.  Tutaq ki, Siz bu mənzili aylıq 250 azn-dən kirayə vermək istəyirsiniz. Bu zaman 45000/250= 180 gün deməkdir. Yəni uğurlu bir investisiyadır.

Bunu da bilmənizdə fayda var ki, kommersiya obyekti, mənzil investisiyasından daha sərfəlidir. Çünki, ticarət fəaliyyətindən gələn gəlir və ya kirayə gəlirləri daha yüksəkdir.

Xüsusilə biznes fəaliyyəti göstərmək məqsədi ilə  emlak satınalma əməliyyatı həyata keçirilirsə 3 ildə özünü amortizasiya etdiyi halda,  kirayəyə verildikdə isə  7-10 il arasında özünü amortizasiya edəcəkdir.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *